Koronavirus daha 3 can aldı-136 YENİ YOLUXMA QEYDƏ ALINDI

Azərbaycan Respublikasında 136 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1932, 1956 və 1965-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3274 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2015 nəfər müalicə olunaraq sağalıb, 39 nəfər vəfat edib, 1220 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 43 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 232.077 test aparılıb.

Etikxeber.az

Read Previous

“Gəlin bu adət və vərdişlərimizdən uzaq duraq, heç olmasa, yaxşı günlərə qədər…”-MAYİS SƏFƏRLİ YAZIR

Read Next

“Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təcavüzkar Ermənistana təzyiqlərin edilməsi də zəruridir…”-MUSA QASIMLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir