Koronavirus daha bir can aldı-DAHA 104 NƏFƏR İNFEKSİYAYA YOLUXDU…

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 202.282 test aparılıb.

Etikxeber.az

Read Previous

Krediti olanlara da, aliment alan və verənlərə də-ÜNVANLI SOSİAL YARDIMIN VERİLMƏSİ NƏZƏRDƏ TUTULUR – MM-İN KOMİTƏ SƏDRİ AÇIQLADI, DƏYİŞİKLİKLƏR PLENAR İCLASA TÖVSİYƏ OLUNDU – YENİLƏNİB

Read Next

Ekvadorun keçmiş prezidenti-8 YAŞLI SABİRABADLININ ÇƏKDİYİ RƏSMİ PAYLAŞDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir