“Koronavirus təhlükəsinin oduğuna hələ də şübhəylə yanaşanlar qulağımızın dibində yaşanan dramdan-qonşu Dağıstandakı vəziyyətdən xəbər tutub ehtiyatlı, məsuliyyətli, ayıq davranacaqlar”-MİLLƏT VƏKİLİ YAZDI

Düz bir addımlığımızda-Dağıstanda koronavirus(COVİD-19) pandemiyasıyla bağlı olduqca təhlükəli vəziyyət yaranıb.

Cəmiyyətlərimiz demək olar ki, oxşardır, orada da bizdəki bir çoxları kimi koronavirus təhlükəsinin varlığına inanmırdılar.

Ancaq şükürlər olsun ki, cəmiyyətdə pandemiyaya bu cür yanaşanaların çoxluğuna, edilən xəbərdarlıqlara məhəl qoymamalara, məsuliyyətsiz, vecsiz davranışlara, intizamsızlıqlara rəğmən, Azərbaycan dövlətinin vaxtında atdığı addımlar sayəsində biz hələ ki, koronavirusun geniş yayılmasının qarşısını ala bilirik.

Ancaq Dağıstandakı vəziyyət göstərir ki, cəmiyyət və fərd olaraq, son dərəcə ehtiyyatlı davranmalı, ayıqlığı əldən verməməliyik.

Baxın, rəsmi statistikaya görə, Dağıstanda koronavirusa yoluxaraq ölənlərin sayı artıq 700 nəfəri ötüb.

Bir neçə həftə öncə belə bir bəlanın varlığına inanmayan Dağıstan cəmiyyəti isə indi höküməti ölənlərin sayını azaltmaqda ittiham edir.

Mediada, sosial şəbəkədə yazırlar ki, koronavirusa yoluxaraq ölənlərin çoxu sətəlcəmdən dünyasını dəyişənlər kimi göstərilir.

Görün necə bir vəziyyət yaranıb ki, Dağıstanın keçmiş rəhbəri Ramazan Abdulatipov Moskvadan ora qayıdıb feldşer kimi işləmək istədiyini bildirir.

Yeri gəlmişkən, Dağıstanda koronavirusun ən çox tüğyan etdiyi yer azərbaycanlılar yaşayan Dərbənddir.

İnanıram ki, cənab Prezidentin də vurğuladlğı kimi, koronavirus pandemiyası meydana çıxanda 10-dan artıq ölkəyə yardım edən dövlətimiz qonşu Dağıstanda, özəlliklə də Dərbənddə yarnmış vəziyyətə də biganə qalmayacaq və ola da bilsin ki, bu yöndə artıq müəyyən addımlar atılıb da.

Və ən çox da ona inanmaq istəyirəm ki, bizdə koronavirus təhlükəsinin oduğuna hələ də şübhəylə yanaşanlar qulağımızın dibində yaşanan dramdan-qonşu Dağıstandakı vəziyyətdən xəbər tutub ehtiyatlı, məsuliyyətli, ayıq davranacaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın davamlı olaraq yaydığı təlimat və tövsiyyələrə əməl edəcəklər.

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Nazirlikdən-İŞƏGÖTÜRƏNLƏRƏ XƏBƏRDARLIQ

Read Next

“Əyalət düşüncəsi, əyalət maraqları, yaxud, dar partiya və ya qrup maraqları arxada qalır…”-MİLLƏT VƏKİLİ, PARTİYA SƏDRİ YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir