Koronavirusa yoluxanların sayı-350 MİLYONA YAXINLAŞIR…

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 340 milyonu, ölənlərin sayı isə 5,57 milyonu keçib.

Etikxeber.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə dünya üzrə 340 543 962 nəfər koronavirusa yoluxub, 5 570 163 nəfər isə bu xəstəlikdən ölüb.

Son sutkada yoluxma sayı 3 472 227, ölüm sayı isə 9 184 olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb – 68199861. Növbəti yerlərdə Hindistan (38566027), Braziliya (23416748), Böyük Britaniya (15613287) və Fransa (15201084) qərarlaşıb.

Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub – 852 334.

Digər yerləri Braziliya (621 855), Hindistan (488 396), Rusiya (324 752) və Meksika (302 112) bölüşüb.

Etikxeber.az

Read Previous

Lənkəranın İkinci Vətən Müharibəsi Şəhidlərindən-ƏMRAH CƏFƏRLİNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR – ŞƏHİDİN 25 YAŞI TAMAM OLUR…

Read Next

DSX-nın matrosu intihar etdi-CİNAYƏT İŞİ BAŞLANDI…-YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir