Koronavirusa yoluxanların sayı 414 mini-KEÇDİ

Bu günə qədər dünyada ümumilikdə 414 179 insan koronavirusa yoluxub, 18 440 nəfər isə bu virusun qurbanına çevrilib.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik bülletenində bildirilib.

Statistikaya görə, yoluxanların sayı gün ərzində 40 mindən çox, ölənlərin sayı isə 2202 nəfər artıb.

Yoluxma hallarının və ölənlərin çoxu Avropa bölgəsində qeydə alınıb – 220 516 yoluxma və 11 986 ölüm. Gün ərzində bu bölgədə virusa yoluxanların sayı 20 007, ölüm halları isə 1797 nəfər artıb.

Etikxeber.az

Read Previous

“Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən, evlərimiz səngərə çevrilib…”-VİLAYƏT QULİYEV

Read Next

“Tramp indidən ona işarə edir ki, virusla mübarizə bitdikdən sonra Çinə qarşı ciddi ittihamlar irəli sürüləcək…” – POLİTOLOQ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir