Koronavirusdan 16 min 231 nəfər ölüb-ÜST

Dünyada 372 min 757 nəfər koronavirus yoluxub, 16 min 231 ölüm hadisəsi qeydə alınıb. 

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) martın 24-nə olan bülletenində bildirilib.

Statistikaya görə, yoluxanların sayı son gündə təxminən 40 min, ölənlərin sayı isə 1722 nəfər olub. 

Ən çox yoluxma və ölüm halı Avropada qeydə alınıb.

Sonrakı yerlərdə isə Çin, Koreya Respublikası və Yaponiya, Cənubi və Şimali Amerika ölkələri qərarlaşıb.

Bildirilib ki, ötən gün 4 yeni ölkə və ərazidə koronavirus aşkarlanıb.

Etikxeber.az

Read Previous

“Evdə qal” kampaniyası o demək deyil ki, günümüzü passiv keçirməliyik…”-ADİL ƏLİYEV GƏNCLƏRƏ CAĞIRIŞ ETDİ

Read Next

“Bir sıra kəndlərdə suvarma ilə yanaşı içməli su da ciddi problemdir…” – BİLƏSUVARIN DEPUTATI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir