Koronavirusla bağlı Müsavatdan hakimiyyətə-TƏKLİFLƏR

Koronavirus bəşəriyyətin fəlakətinə çevrilir.

Artıq 124 ölkədə 130 minədək virus daşıyıcısı aşkarlanıb.

Ölənlərin sayı 5 mindən çoxdur.

Turizm dayanır. İdman yarışları, incəsənət toplantıları təxirə salınır.

Ticarət, iqtisadi əlaqələr dondurulur.

Milyonlarla əhalisi olan şəhərlər, ölkələr qapanır.

Azərbaycanda bu fəlakətə qarşı bəzi tədbirlər görülsə də, sanki təhlükənin qloballığı dərk edilmir.

– Səhiyyə nazirliyi əhalini daim məlumatlandırmalı, bu şəraitdə davramışlarla bağlı təlimatlar verməli, televiziya kanalları bu işə cəlb olunmalıdır;

– İranla sərhədlər tam bağlanmalıdır. İrandan rüşvət müqabilində tırların ölkəmizə buraxılması barədə gələn məlumatlar xüsusi narahatlıq yaradır.

– Çin İtaliya, Cənubi Koreya dan gələnlər ölkəyə buraxılmamalı, Avropa Birliyi ölkələrindən gələn hər kəs 2 həftəlik məcburi karantinə alınmalıdır;

– Ərzaq, gündəlik tələbat mallarının, həmçinin dərman və tibbi ləvazimatların qiymətlərinin qaldırılmasına qadağa qoyulmalı, bu məhsullara süni qiymət artımına yol verənlər məsuliyyətə cəlb olunmalıdır;

– Xırda və orta biznes sahələrində çalışanlar vergilərdən müqqəti azad edilməlidir;

– Apteklərdə, matketlərdə, çalışanlara, tibb işçilərinə əlavə amək haqqı verilməsi üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır;

– Ağır cinayət törətməyən, cəzasının əksəriyyətini çəkən məhbuslar müvəqqəti azadlığa buraxılmalı, hərbi hissələrdə virusun yayılmasının qarşının alınması üçün xüsusi tədbirlər həyata keçirilməlidir;

– İnsanların çox olduğu yerlər, böyük marketlər, ictimai nəqliyyat, o cümlədən avtobuslar, qatar və metro vaqonları tez-tez dezinfeksiya edilməli, koronavitusa qarşı görüləcək işlərin icrası üçün xüsusi könüllü dəstələri yaradılmalıdır və sairə

Bu vacib tədbirlərin həyata keçirilməsi üçün görülən işlər barədə hakimiyyətdən cavab gözləyirəm.

Arif HACILI,

Müsavat Partiyasının başqanı

Etikxeber.az

Read Previous

Milli Kitabxana koronavirusa görə-MÜVƏQQƏTİ BAĞLANDI

Read Next

“Millət vəkili olmaq təkcə xoşbəxtlik deyil, həm də böyük məsuliyyətdir” – ELDƏNİZ SƏLİMOV KOMİTƏLƏRİNİ DƏYİŞMƏYƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir