“Koronavirusla bağlı rayonlarımızdan həyəcan siqnalları gəlir ki…”-JALƏ ƏLİYEVA TƏBİB-LƏ ORERATİV QƏRARGAHA SƏSLƏNDİ…

Hər birimiz 44 günlük İkinci Vətən Müharibəsinin Qələbə, Zəfərlə başa çatması sevinci, coşqusu içərisindəyik və bu Qələbəni, bu sevinci bizə yaşadan cənab Prezident başda olmaqla hər bir Azərbaycan vətəndaşını, həm də həmkarlarımı fürsətdən istifadə edib bir daha təbrik etmək istəyirəm. Bəli, biz düşmənin başını əzdik, biz düşməni torpağımızdan qovduq, rədd etdik. Cənab Prezidentin dediyi kimi, erməni adlı epidemiyadan, böyük bir virusdan yaxamızı qurtardıq. Ancaq indi ikinci bir virusumuz, ikinci bir gözəgörünməz düşmənimiz var. Hansı ki, bütün dünyanı ağuşuna alıb. Hər birimiz əminik ki, el birliyi ilə, birgə səylərimizlə, yenə də hər zaman dövlətin yanında olmağımızla bu problelmin də öhdəsindən gələcəyik, gözəgörünməz düşmən üzərində də Qələbə çalacağıq.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin üzvü, professor Jalə Əliyeva “Koronavirus pandemiyası dövründə sosial müdafiə tədbirləri” ilə bağlı komitədaxili dinləmədə çıxışı zamanı bildirib.

Qeyd edib ki, ötən dövrdə də dövlətimizin və xalqımızın bu bəladan az itki ilə, az ziyanla çıxması üçün çox işlər görüldü.

“Amma nə edə bilərik ki, erməni virusundan deyəsən daha betər virusdur bu. Bununla mübarizə aparmaq hər birmizin öhdəsinə düşür. Mən xüsusilə, rayonlara diqqət etmək istəyirəm. Şəhərdə, Bakıda, mərkəzlərimizdə pandemiya daha çox nəzarət altındadır. Amma rayonlar hər zaman nəzarətə daha çox ehtiyacı olan ərazilərimizdir. Çünki rayonlarımızdan daha çox həyəcan siqnalları gəlir.

Koronaviruslu xəstələr üçün göndərilən dərmanlar bəzi hallarda “qara bazar”lara çıxarılır. Bununla yanaşı, virus daşıyıcısından götürülən yaxmanın cavabı ən yaxşı halda 5 gündən sonra çıxır. O müddət ərzində o xəstə digərlərini yoluxdura-yoluxdura gedir, evdə oturmur. Yəni, problemlər bu sahədə getdikcə artır, xəstə sayı artdıqca da, tamamilə nəzarətdən çıxmış şəkil alır. Bunu ya TƏBİB rəhbərliyinə, ya Operativ Qərargaha çatdıraraq, ölçü götürülməsinə böyük bir ehtiyac var.

Bununla yanaşı, yerlərdə KT aparatı çatışmır. Şəxsən mənim deputatı olduğum rayonda-Zərdabda bu aparatı işlədən həkim xəstə olduğu üçün ciddi problemlər yaşanır. Yəni, həm KT aparatı, həm də həkim çatışmazlığı özünü göstərir ki, bunların da həllini tapması çox vacibdir”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az



Read Previous

“Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır”-MEHRİBAN ƏLİYEVA

Read Next

“Dünən təkliflə çıxış etdik, bu gün isə ölkə Prezidenti müvafiq Fərman verdi, “YAŞAT” Fondu yaradıldı…”-MİLLƏT VƏKİLİ DÖVLƏT BAŞÇISINA MİNNƏTDARLIQ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir