“Koronavirusun iqtisadiyyatın bir çox sahələrini iflic vəziyyətinə gətirdiyi bu günlərdəsosial və humanitar yükün bir hissəsini də imkanı çatanlar öz üzərlərinə götürməlidir”-MİLLƏT VƏKİLİNDƏN ÇAĞIRIŞ

Koronavirusun bütün dünyada olduğu kimi Azərbaycanda da iqtisadiyyatın bir çox sahələrini iflic vəziyyətinə gətirdiyi bu günlərdə dəfələrlə artan sosial və humanitar yükün bir hissəsini də imkanı çatanlar öz üzərlərinə götürməlidirlər. Özəlliklə də bu, iş adamlarına aiddir. Azərbaycan dövlət olaraq öz sosial məsuliyyətini yüksək səviyyədə dərk edənlər arasındadır. Bəs azərbaycanlı iş adamları, imkanlılar necə? Təəssüf ki, bu suala birmənalı cavab vermək olmur.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

Qeyd edib ki, çünki yüksək sosial məsuliyyət hissi sərgiləyərək lazım gəldiyi vaxt yardımsevərlik, xeyriyyəçilik edən imkanlılar, sahibkarlar da var, dövlətin onlara göstərdiyi qayğıdan yetərincə bəhrələnsələr də, belə məsələlərdə yaxasını kənara çəkənlər də.

“Tərtərin Xoruzlu kəndində “Patron” tumlarını istehsal edən “Vəkiloğlu” MMC-nin təsisçiləri Rəşad və Elşad Məmmədov qardaşları məhz birincilərdəndirlər. Onlar bu günlərdə Yeni Azərbaycan Partiyasının könüllüləriylə birgə 200-dən artıq ehtiyacı olan ailəyə baş çəkərək yardım ediblər. Bu gün Elşadla danışdım, daha 100 ailəyə yardım hazırlıqları gördüklərini bildirdi. Xahişim bu oldu ki, mümkünsə, yardımı bir neçə yox, sağlamlığı testlə təsdiqlənmiş bir adam çatdırsın.Hiss edilir ki, 2016-cı ilin aprelində olduğu kimi bu sınaq günlərində də Tərtərdə bir dayanışma, həmrəylik, birgəlik atmosferi hökm sürür. İmkanlı adamların bir çoxu Məmmədov qardaşları kimi dövlət-vətəndaş bütövləşməsi baxımından örnək sayılacaq davranış sərgiləyirlər. Ümid edirəm ki, Tərtərin və Tərtərdən olan digər iş adamalrı da bu gün ehtiyacı olanlarımızın, sosial baxımdan həssas təbəqənin yanında yer alacaq, onlara əllərindən gələn köməyi əsirgəməyəcəklər.Temperaturun və dezinfeksiyaedici vasitələrdə spirtin faiz dərəcəsinin yüksəkliyi koronavirus üçün nə deməkdirsə, fikrimcə, cəmiyyətdəki məsuliyyətiin, nizam-intizamın, dayanışma, birgəlik hissinin güclülüyü, yardımsevərlərin çoxluğu da o deməkdir. Biz birlikdə güclüyük!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

63 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-BU GÜN

Read Next

“Nə onda, nə də qonşu otaqlarda qalanlarda koronavirus aşkar edilib…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir