“Koronavirusun yaratdığı problemlərlə əlaqədar sahibkarlara dəstək üçün təkliflər hazırlanır” – NAZİRLƏR KABİNETİ

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

Etikxeber.az bildirir ki, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Etikxeber.az

Read Previous

“Panikaya, ajiotaja əsas yoxdur, amma…” – JALƏ ƏLİYEVA MEDİAYA SƏSLƏNDİ

Read Next

Xüsusi buraxılış rejimi qaydalarını pozan şəxslər haqqında ciddi məsuliyyət tədbirləri tətbiq olunacaq-DYP

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir