“Korrupsiya əməlləri, cinayətlər araşdırılarsa, həqiqətlər üzə çıxarsa, o zaman çoxları gərək siyasətdən gedə və təcrid oluna, çoxlarının yeri həbsxanalar ola…”-MİLLƏT VƏKİLİ

Ölkə Prezidenti cənab İlham Əliyev hər fürsətdə, hər imkandan, hər tribunadan istifadə edərək, işğalçı və təcavüzkar Ermənistanı ifşa edir, onun cinayətkar mahiyyətini açıb dünya ictimaiyyətini göstərir. “Valday”da, Aşqabadda, Türk Şurasının və Qoşulmama Hərəkatının Bakı sammitlərində, Münxen Təhlükəsizlik Konfransında, “Şərq Tərəfaşlığı” ölkələri liderlərinin son videokonfransda yaşananlar bunun əyani sübutudur. Ölkə başçısının son dərəcədə sərt, sərrast və tutarlı arqumentləri nəticəsində Ermənistan, onun “demokrat” libasına bürünən antidemokrat və fitnəkar baş naziri Nikol Paşinyan idman termini ilə desək, seytnot vəziyyətinə, nokauta salındı, sarsıdıcı və ölümcül siyasi-diplomatik zərbələrə məruz qaldı. Dünya ictimaiyyəti bir daha öz gözləri ilə Ermənistanın, onun bir-birindən fərqlənməyən iqtidarlarının antiinsani, antibəşəri, nasist, rasisit, faşist, terrorist mahiyyəti gördü. Çünki atalar məsəlində də deyildiyi kimi, çidanı çuvalda gizlətmək olmaz.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Qeyd edib ki, Ermənistan, onun təxrubatçı baş naziri nə qədər gizlətməyə, pərdələməyə çalışsa da, əsl işğalçı, təcavüzkar, faşist mahiyyətlərini sonacan gizlədə bilmədilər. Bu, mümkün də deyil. Gec-tez sima, mahiyyət bilinməlidir.

“Biz əslində Ermənistanın, ermənilərin, erməni lobbisinin nə olduğunu, nələr törətdiklərini, nələrə bis olduqlarını, hansı cinayətkar insanlıq dramlarına “imza” atdıqlarını gözəl bilirik. Bir əsrdən çoxdur ki, ermənilər, bizim torpaqlar hesabına yaradılmış qondarma Ermənistanın rəhbərləri Azərbaycana, azərbaycanlılara, Azərbaycan türklərinə qarşı arxalarında dayananların köməyi, himayədarlığı, dəstəyi ilə ən alçaq və ən murdar addımlara gediblər, bu gün də bu addımlardan bir qarış olsun belə geri çəkilməyiblər. 1918-ci ilin mart qırğınları, 20-ci əsrin ən böyük insanlıq dramı olan Xocalı soyqırımı, Bağanıs Ayrım, Meşəli, Cəmilli, Qaradağlı, Ağdaban faicələri və sair ermənilərin və işğalıçı, təcavüzkar Ermənistanın qanlı əməlləridir. Bunlardan qacmaq, can qurtarmaq olmaz. Bir gün bunların hesabı verilməlidir və veriləcək.

Ölkə Prezidenti də bu istiqamətdə bir an olsun belə fəaliyyətini dayandırmır. Elə bir neçə gün öncə-3 yerli telekanala, nəinki Azərbaycanda, dünyada böyük rezonans doğurmuş geniş müsahibəsində dövlət başçısı bir daha Ermənistanı, antidemokrat Paşinyan hakimiyyətini sözün əsl mənasında yerdən-yerə vurdu, yerləbir etdi. Ölkə Prezidenti haqlı olaraq və birmənalı şəkildə bildirdi ki, Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməz, başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz.

“Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Ancaq ermənilərə himayədarlıq edənlər, ilk növbədə, erməni lobbisi, onun pulları, ondan sonra Ermənistan hökumətinin Avropada çirkin lobbiçilik fəaliyyəti onları həmişə bu tənqiddən qoruyurdu”-deyərək, dövlət başçısı daha bir cinayət əməlinin, faktının üstünə işıq saldı, bildirdi ki, əslində, bu, lobbiçilik fəaliyyəti deyil, bu, korrupsiya fəaliyyətidir. Odur ki, Azərbaycan Prezidenti bir daha dünya, Avropa ictimaiyyətinə çağırış edərək, bunları bildirdi:

“Mən hesab edirəm ki, bu fəaliyyət Avropada geniş araşdırılmalıdır. Bizdə kifayət qədər siqnallar var ki, bəzi siyasi xadimlər, deputatlar, bəzi Avropa ölkələrinin hökumət üzvləri Ermənistana xüsusi münasibət bəsləyirlər. Elə adamlar var ki, Dağlıq Qarabağa yüzlərlə səfər edib. Bunun arxasında nələr dayanır, hamımız yaxşı başa düşürük. Ona görə Avropanın hüquq-mühafizə orqanları bu məsələni, Ermənistan hökumətinin Avropada korrupsiyanın yayılmasına verdiyi dırnaqarası töhfəni, əlbəttə ki, Ermənistanın riyakar siyasətini araşdırsınlar”.

İndi növbə onlarındır- “qosqoca” Avropanın, Qərbin, demokratiyadan, insan haqlarından gecə-gündüz daşınanların, yeni-müstəqillik, inkişaf yolunda addımlayan ölkələrə təzyiq, təhdid göstərənlərin, “insan hüquq müdafiəçilərinin”, şəffaflıqdan, düzgünlükdən dəm vuranların…Buyursunlar, araşdırsınlar, nəticələrini elan etsinlər, korrupsiyaya bulaşanların, ermənilərin cinayətkar əməllərinə şərik olanların layiqli cavabını versinlər. Necə deyərlər, bu meydan, bu da şeytan. Amma düzünü deyim ki, indi reallıqda bu, o qədər də inandırıcı görünmür. Çünki bu əməllər, cinayətlər araşdırılarsa, həqiqətlər üzə çıxarsa, o zaman çoxları gərək siyasətdən gedə və təcrid oluna, çoxlarının yeri həbsxanalar ola…Buna isə razı olmazlar.

Ancaq hər şeyin geci-tezi var. Hər kəs əməllərinə görə, haqq divanında, məhkəmə qarşısında cavab verməli, layiqli cəzasını almalı olacaq. Ermənilər də, işğalıçı Ermənistan da, erməni diasporu və lobbisi də, yüz illərdir onlara himayədarlıq edənlər və dəstək verənlər də. Bu, qaçılmazdır. Və bir gün-çox da uzaqda olmayan bir dövrdə Azərbaycanın illərdir apardığı haqq davası, Qarabağ davası öz məntiqi sonluğuna catacaq, Ali Baş komandanımızın rəhbərliyi ilə Ermənistanın işğalına son qoyulacaq, Qarabağ və ona bitişik ərazilərimiz birdəfəlik işğaldan qurtulacaq. Buna hər kəs əmin olsun, xüsusulə, Ermənistan və onun qanlı əməllərə təhrik edənlər, “bulanıq suda balıq tutanlar!””-deyə, E. Səlomov sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Heydər Əliyev hakimiyyətə gələndən sonra hamısı yüyürüb oldular “Heydər Əliyevçi”…”-TAHİR RZAYEV RAMİZ MEHDİYEV VƏ BƏZİ ZİYALILARA ÜNVANLANAN İTTİHAMLARDAN DANIŞDI…

Read Next

Fuad Məmmədov getdi-ONUN YERİNƏ NAZİM OSMANOV GƏLDİ – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir