“Korrupsiya məsələsi ölkələrə zərər vurmaq üçün siyasi alətə çevrilib…” – HƏSƏNOV

Azərbaycanlı deputat AŞPA kürsüsündən qurumu ədalətli olmağa çağırdı

AŞPA Davranış Məcəlləsinin pozulması barədə iddialar birmənalı və aydın faktlara əsaslanmalıdır. İxtisasca hüquqşünas olan bir şəxs kimi deyə bilərəm ki, hesabatdakı bəzi söz və ifadələr məni təəccübləndirdi.

Etikxeber.az xəbər verir ki, bu fikri AŞPA sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib.

Parlament Assambleyasında cari ilin yanvar ayından təmsil olunduğunu deyən deputat assambleyada korrupsiya iddialarının araşdırılması üzrə müstəqil təhqiqat qrupunun hesabatı ilə tanış olanda çox təəccübləndiyini diqqətə çatdırıb.

O, hesabatın hər hansı bir əsasa malik olmadığını bildirib.

Qeyd edib ki, hesabatda Azərbaycanla bağlı qərəzli fikirlər yer alır:

elsaddddd

“Belə bir sual yaranır – bir ölkəni bu cür qeyri-müəyyən və qeyri-aydın ifadələrlə necə günahlandırmaq olar? Bu hesabatı necə qəbul etmək olar?

Bu qurum tərəfindən yayılan xəbərlər əsassız və qərəzlidir”.

Millət vəkili  bildirib ki, saxta xəbərlərlə anti-Azərbaycan dairələri ölkəmizin imicinə xələl gətirib və ölkəmizlə dostluq əlaqələri quran şəxsləri – siyasətçi, ictimai xadim və jurnalistləri hədəfə alıblar.

“Bu iddialar Azərbaycanın imicinə və ölkəmizə dəstək verənlərə zərbə vurmaq məqsədi daşıyıb. Söz azadlığından sui-istifadə edərək bəzi fərdlər və qruplar bizə qarşı böhtan kampaniyası təşkil ediblər” .

Qeyd edib ki, hesabatda 20 illik mükəmməl siyasi karyeraya və ən yüksək əxlaqa malik olan deputat Səməd Seyidov AŞPA-nın Davranış Məcəlləsini pozmaqda günahlandırılır. Belə bir şəxsi etik davranışı pozmaqda ittiham etmək ağılsızlıqdır.

“Təəssüf ki, bu gün korrupsiya məsələsi müstəqil şəxslərə və ölkələrə zərər vurmaq üçün siyasi alətə çevrilib. Mən sizi obyektiv olmağa və əsassız iddialara deyil, yalnız açıq dəlillərə etibar etməyə çağırıram”– deyə, E.Həsənov avropalı deputatları ədalətli olmağa çağırıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bax onda İrəvan və Xankəndi uğrunda dava birləşəcək! – DEPUTAT YAZDI

Read Next

“Qayət, İYİ olacaq, inşallah!”- AKŞƏNƏRDƏN BAXÇALIYA “SLOQAN”LI CAVAB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir