Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə 7809 ərizə və şikayət daxil olub – AÇIQLAMA – YENİLƏNİB

Ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə 7809 ərizə və şikayət daxil olub. Bu rəqəm 2016-cı ildə 9360 təşkil edib.

Etikxeber.az xəbər verir ki, bu barədə yanvarın 17-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2017-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.

kamraneliyev

Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il “Qaynar xətt” əlaqə mərkəzi tərəfindən 4183 müraciət qeydə alınıb. Bu rəqəm əvvəlki il 5492 olub. Onlardan 309-na Baş İdarə tərəfindən baxılıb, 28-i üzrə cinayət işi başlanılıb. Ərizə və şikayətlərin azalmasına səbəb “ASAN xidmət” mərkəzlərinin coğrafiyasının genişləndirilməsi və bu mərkəzlər tərəfindən göstərilən xidmətlərin artırılmasıdır.

Baş İdarə rəisi qeyd edib ki, 2017-ci ildə cinayət xarakterli 280 materiala baxılıb. Onlardan 181-i üzrə cinayət işi başlanılıb. Bu cür hallara əsasən qulluq mövqeyindən sui-istifadə edərək dələduzluq, mənimsəmə, rüşvətvermə və s. hallar olub.

***

Ötən il Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 215 cinayət işi istintaq olunub. Ümumilikdə 305 vəzifəli şəxs barəsində cinayət işi məhkəmələrə göndərilib.

Bunu da  K. Əliyev mətbuat konfransında deyib.

Kamran Əliyev bildirib ki, qurumun istintaq idarəsi tərəfindən yekunlaşdırılan cinayət işlərinə nəzər saldıqda əsasən vəzifədən sui-istifadə etməklə mənimsəmə, rüşvətalma, rüşvətvermə, vəzifə saxtakarlığı və s. üstünlük təşkil edib. Ötən il məhkəmələrə göndərilən işlərlə bağlı 83 milyon 485 min 740 milyon manat məbləğində ziyan qeydə alınıb ki, onun da 33 faizinin – 27 milyon 575 min 244 manatının ödənilməsi təmin edilib. Bundan başqa, 15 milyon 381 min 275 milyon manat məbləğində əmlak həbsi qoyulub.

Hazırda Baş İdarədə istintaq olunan cinayət işləri arasında bank və bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı, tikinti sektorunda baş verən cinayət halları üstünlük təşkil edir.

Diqqətə çatdırılıb ki, Baş İdarə tərəfindən cinayət təqibindən kənar üsul və vasitələrdən istifadə üzrə ötən il 27 qərar qəbul edilib. Onlardan 7-si rəsmi xəbərdarlıq olub. Həmçinin 20 halda inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.

Etikxeber.az

Read Previous

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yaydı

Read Next

Dahiyanə bir şeirin tarixi… YAZIÇI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir