Kosovonun sabiq baş naziri Haradinay Fransada saxlanılıb

Serbiya tərəfindən müharibə cinayətlərinə görə axtarışa verilən Kosovonun sabiq Baş naziri Ramuş Haradinay Fransanın Bazel-Müluz-Frayburq Aeroportunda saxlanılıb.

Etikxeber.az “lefigaro.fr” saytına istinadla xəbər verir ki, sabiq Baş nazir təyyarədən düşərkən sərhəd polisi tərəfindən dindirilib və Müluz Prokurorluğuna təhvil verilib.

2004-cü ildə Serbiya tərəfindən beynəlxalq axtarışa verilən Haradinay 1998-1999-cu illərdə Kosovoda gedən müharibə zamanı üsyançıların lideri olub. 2004-2005-ci illərdə ölkəsinin Baş naziri olmuş Ramuş Haradinay Haaqa Məhkəməsi tərəfindən iki dəfə bəraət alıb.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub

Read Next

“Çelsi”-nin 13 oyunluq qələbə seriyasına son qoyulub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir