Kredit bürolarına mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılacaq

Milli Məclisin (MM) aprelin 3-də keçiriklən növbəti  plenar iclasında “Kredit büroları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az xəbər verir ki, kredit təşkilatlarının borcalanları barədə mərkəzləşdirilmiş kredit reyestrində olan bütün məlumatlar “Kredit büroları haqqında” qanunun qüvvəyə mindiyi gündən üç il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək.

Layihəyə əsasən, qanunun qüvvəyə minməsindən üç il keçəndən sonra kredit bürolarına mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılacaq. Bundan başqa, məlumat istifadəçilərinə də 2018-ci il aprelin 1-dən mərkəzləşdirilmiş kredit reyestrindən məlumatın verilməsi dayandırılır.

Bundan başqa, layihəyə əsasən kredit təşkilatları aralarında hüquq münasibətləri 2018-ci il aprelin 1-dək yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilərlər.

Layihə səsə qoyularaq qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İntriqalar baş alıb-gedir, ikihakimiyyətlilikdir – FƏZAİL AĞAMALI

Read Next

Ənvər Həsənov 40 ildir Əməkdar artistdir, amma… – FAZİL MUSTAFADAN SƏRT ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir