Kreml Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını-TƏSDİQLƏDİ

Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb.

Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.

Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.

Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.

Bununla da Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazisini tərk etməsi prosesi başlayıb.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.

Etikxeber.az

Read Previous

Yardımlı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-XÜSUSİ TƏYİNATLI ƏLİ RZALININ CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 22 YAŞI TAMAM OLUR…

Read Next

Şuşanın “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı fəaliyyət planı hazırlanacaq-SƏRƏNCAM İMZALANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir