Küçədə 22 yaşlı gəncin meyiti tapıldı

İsmayıllı rayonunda küçədən meyit aşkarlanıb.

Etikxeber.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə bu gün saat 08:00 radələrində İsmayıllı şəhərinin Qəşəm Aslanov küçəsində rayonun Ərəgit kənd sakini 1994-cü il təvəllüdlü Allahyarov Eldəniz Səfər oğlunun meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Ekspertizanın rəyinə əsasən, epilepsiya xəstəsi olan Eldəniz Allahyarov səhər saatlarında işə gedərkən qıcolma səbəbindən dünyasını dəyişib. Məlumata görə, Eldəniz Allahyarov İsmayıllı rayon Yaşıllaşdırma İdarəsində bağban işləyib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Balakən ərazisində daha bir zəlzələ qeydə alındı

Read Next

İki təhsil şöbəsinin müdiri işdən atıldı-korrupsiya faktına görə

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir