Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı-XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti mayın 17-də Bakıda və Abşeron yarımadasında, 17-19-da isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən Etikxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Gədəbəy, Göygöl, Samux, Zərdab, Sabirabad, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Etikxeber.az

Read Previous

“Elgün sözdə deyil, əməldə əsl Milli Qəhrəmandır…”-İkinci Vətən Müharibəsi Şəhidləri Bərdəli Asif Abışov, Qəbələli Ağaşirin Babayev və Sumqayıtlı Elgün Abbaslının-CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR – HƏR ÜÇ ŞƏHİDİN MƏZARLARI ZİYARƏT OLUNDU, İGİDLİK VƏ QƏHRƏMANLIQLARINDAN SÖZ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

Azərbaycan Prezidenti Pakistanlı baş naziri, Keniya dövlət başçısını, Türkmənistanlı komitə sədrini və Esvatini Kralını-QƏBUL ETDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir