Külək davam edəcək, bəzi yerlərdə dolu düşəcək-SABAH

Mayın 18-də gözlənilən hava proqnozu açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə,  mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu  gecə 9-12° isti,gündüz  18-20° isti olacaq.

Bakıda  gecə 9-11° isti, gündüz  18-20° isti olacaq. Atmosfer  təzyiqi 768 mm civə sütunundan 759  mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 %, gündüz 40-45% olacaq.   

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz  10-15°  isti olacaq. 

Etikxeber.az

Read Previous

“Aylardır Nurlanla birlikdə bu xəstəliklə mübarizə aparır, ona kömək etməyə çalışırıq…”-JALƏ ƏLİYEVA MEHRİBAN ƏLİYEVAYA VƏ HƏKİMLƏRƏ MİNNƏTDARLIQ ETDİ

Read Next

“Nə edəcəyik? Barışacağıqmı?! Barışmamalıyıq!!!”-GÜLTƏKİN HACIBƏYLİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir