“Kulinariya haqqında” və “Adlar və soyadlar haqqında” qanunlar gəlir…

“Kulinariya haqqında” və “Adlar və soyadlar haqqında” ayrıca qanunlar olacaq

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı parlamentin Mədəniyyət komitəsinin yanvarın 29-da ilk iclası keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, adıçəkilən komitənin sədri, akademik Rafael Hüseynov hesabat dövründə komitəyə 126 təkilif, ərizə, şikayət və müraciət daxil olduğunu deyib.
rafael-huseyn
O, bildirib ki, hesabat dövründə komitənin 3 iclası keçirilib və 10 məsələ müzakirə olunub. Onun sözlərinə görə, hesabat dövründə komitə sədri tərəfindən  16 vətəndaş qəbul edilib. Sonra komitənin qanunvericilik işləri planı haqqında məlumat verən komitə sədri deyib ki, buraya “Kinematoqrafiya haqqında”, “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Kulinariya haqqında”, Adlar və soyadlar haqqında”, “Yazılı abidələr haqqında” və “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihələri daxildir.
Etikxeber.az

Read Previous

“Bu amansız terror aktı…” – ƏLİYEVDƏN QANİYƏ

Read Next

“Aşıq sənətinin qorunması ilə bağlı ayrıca qanuna ehtiyac var” – AMAŞOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir