Külli miqdarda siqaret aşkar edilib – FOTO

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Qazax rayonu ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq avtomobilə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yerindən xaricdə istehsal olunan və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 18000 ədəd siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 Etikxeber.az

Read Previous

Prezident: “Səmərəli fəaliyyət gözləyirik” – FOTO – YENİLƏNİB

Read Next

Hərracda manatın orta çəkili məzənnəsi 1,8045 səviyyəsində formalaşdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir