Külli miqdarda siqaret aşkarlandı

Aksiz markası ilə markalanmayan 4 min 400 ədəd siqaret aşkara çıxarıldı.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

İdarənin “Sınıq Körpü” gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd “Comet” adlı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

 

Read Previous

Daha bir nəfər dəm qazından boğuldu

Read Next

Prezident Qətərin nazirini qəbul etdi: “Qətərə səfərim planlaşdırılır…”- FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir