Küllü miqdarda pirotexniki vasitə aşkar edilib

506 ədəd pirotexniki vasitə aşkar olunub.

Dövlət Gömrük Komitəsindən Etikxeber.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib.

Gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

 

Read Previous

Dövlət Gömrük Komitəsi: Azərbaycandan 19 milyon tondan çox neft ixrac olunub

Read Next

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir