“Kürəyimizi bir-birimizə söykəməyin nə qədər vacib olduğunu bir daha gördük” – SƏFİR

“Azərbaycan və Türkiyə qardaş, canı-qanı bir olan ölkədir. Bizlər sevinci də, kədəri də bir yerdə yaşamışıq”.

Etikxeber.az məlumat verir ki, bunu Bakıda “Türk kinosu həftəsi”nin açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycanı bir birindən uzun illər ayırdılar:

“İki ölkənin bir birinə yenidən qovuşmağının tarixi 25 il oldu. Bu müddətdə biz bir birimizi daha yaxından tanıdıq, anlaşdıq”.

E. Özoral sonra qeyd edib ki, iki ölkə arasında mədəni əlaqələr daha sıx olmalıdır:

“İki ölkənin mədəniyyət əlaqələrini daha da inkişaf etdirməliyik. Bu çox vacibdir. Ürəyi-canı bir olan iki ölkənin mədəniyyət münasibətləri, kino əlaqələri daha yaxşı olmalıdır. Bir müddət əvvəl Türkiyə çox çətin günlər yaşadı. Bu günlərdə Azərbaycan xalqı bizim yanımızda oldu, bizimlə oldu. Bu günlərdə kürəyimizi bir birimizə söykəməyin, bir birimizə dayaq olmağın nə qədər vacib olduğunu bir daha gördük”.

Etikxeber.az

Read Previous

Nazir Siyəzənə niyə gedir?

Read Next

AŞPA-nın komitə sədri Büro və Daimi Komitənin iclaslarına qatılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir