Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 150-210, Kiçik Qafqazın çaylarında 130-240, Lənkəran-Astara bölgəsi çaylarında isə 60-90 faizini təşkil edir.
Bu barədə Etikxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, dekabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 195 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Məntəqədə su sərfi saniyədə 70 kubmetr olub.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində əsasən artım müşahidə olunub.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə – Surrada 501, Şirvanda 382, Salyanda 357, Bankədə 261, Novruzlu məntəqəsində isə 220 santimetrdir.
Etikxeber.az