Kürdə suyun səviyyəsi artıb

Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-200, Kiçik Qafqazın çaylarında 120-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Etikxeber.az-a verdiyi məlumata görə, dekabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 192 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 146 m3/s olmaqla ongünlük normanın 94 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 77 m3/s olmaqla, ongünlük normanın 102 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 49 m3/s təşkil edərək ongünlük normanın 65 faizinə bərabər olub.

Dekabrın 19-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 499 sm (2015-ci il dekabrın 19-da 443 sm), Salyanda 343 sm (2015-ci il dekabrın 19-da 280 sm), Bankədə 253 sm (2015-ci il dekabrın 19-da 216 sm), Araz çayının Novruzlu məntəqəsində isə 225 sm (2015-ci il dekabrın 19-da 165 sm) təşkil edir.

Etikxeber.az

Read Previous

“Türkiyəyə qarşı daha təhlükəli ssenari həyata keçirməyə başlayıblar…” – DEPUTAT

Read Next

Rusiya səfirini itirsə də, olay sanki Kremlin işinə yarayacaq – POLİTOLOQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir