İkinci Vətən Müharibəsi Şəhidi, 3 övlad atası, 4 medallı-RAMİL QULİYEVİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜNDƏ, 41 YAŞININ TAMAMINDA AİLƏSİ, EVİ ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan peşəkar hərbçi Ramil Nuralı oğlu Quliyevin doğum günüdür.

Ramil Quliyevin bu gün 41 yaşı tamam olur və bu, Onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ramil Quliyev 1980-ci ilin 10 dekabr tarixində Kürdəmirin Qarasu kəndində anadan olub.

Ancaq onun kimliyində (pasportunda) təvəllüdü, doğum günü 1981-ci ilin 28 yanvar tarixi kimi qeyd olunub.

Ramil Quliyev 1987-1998-ci illərdə Qarasu kəndində Şəhid Elşad Qurbanov adına orta məktəbdə oxuyub.

Orta məktəbi qurtardıqdan bir müddət sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra-2001-ci ildə Gizirlik kursunu oxuyub, həyatını, taleyini yenidən hərblə, Ordu ilə bağlayıb.

20 il ərzində də peşəkar hərbçi kimi qüsursuz xidmət edib.

Və qüsursuz xidmətə görə, 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunub.

20 ilinin tamamında, xidmət müddəti başa çatdıqda isə xidmət müddətini, müqaviləsini daha iki illiyinə uzatdırıb.

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də Baş gizir kimi döyüşlərə atılıb…

…Və sentyabrın 30-da Füzuli istiqamətində ağır döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi doğulub boya-başa çatdığı Qarasu kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Ramil həm də ailəli, 3 övlad atası olub.

Qeyd edək ki, Şəhidin ailəsi hazırda Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayır

***

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün günorta saatlarında Şəhidin ailəsinin Ramana qəsəbəsində yaşadığı evdə məclis təşkil ediləcək, adına ehsan süfrəsi açılacaq.

Məclisdə Şəhidin ailə üzvləri, hərbçi, döyüş yoldaşları iştirak edəcəklər.

Məclisdə Şəhidin keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolu xatırlanacaq, ruhuna dualar ediləcək.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci ad günü mübarək olsun!

Nur içində yatsın!

Allah ailəsinə, əzizlərinə səbr versin!

00:00

***

Ramil Quliyevin Cənnətdəki ikinci ad günü ilə bağlı ailəsinin yaşadığı evdə-Ramanada günorta saatlarından düzənlənın məclis davam edir.

Gün ərzində Şəhidin yaxınları, hərbçi, döyüş yoldaşları, bəzi Şəhid ailələri məclisdə iştirak ediblər.

Onlar Şəhidin ailə üzvlərinə, valideynlərinə bir daha başsağlığı verib, onlara bir daha Allahdan səbr diləyib, bir daha Ramil Quliyevin Cənnətdəki ikinci ad gününü təbrik ediblər.

Şəhidin ailəsi də öz növbəsində məclisə gələn hər bir kəsə öz minnətdarlıqlarını ifadə edib, belə bir gündə onları tək buraxmadıqları üçün təşəkkürlərini dilə gətiriblər.

Məclis zamanı Şəhidin adına ehsan süfrəsi açılıb…

Və qeyd etdiyimiz kimi, Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı düzənlənən məclis davam edir.

17:40

FOTOLAR:

ŞƏHİD ANASI…QƏHRƏMAN ANA…XANIM ANA…

MUZEYƏ ÇEVRİLƏN ODA, OCAQ…

ŞƏHİDİN AİLƏ ÜZVLƏRİ, ƏZİZLƏRİ…

18:10

***

ŞƏHİD ANALARI…ŞƏHİD RAMİLİN VƏ ƏSLƏN KÜRDƏMİRLİ ŞƏHİD TURALIN ANASI…

***

ŞƏHİD XANIMI VƏ ŞƏHİD ANASI…

***

18:40

***

ŞƏHİDİMİZİN AİLƏ ÜZVLƏRİ…VƏTƏNƏ ƏMANƏT QALAN 3 ÖVLADI VƏ XANIMI…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yoluxma sayı 3500-ü keçdi-ÖLÜM SAYI DA ARTDI – 19 NƏFƏR

Read Next

“İntizam komissiyasında media nümayəndələrinin parlamentdə akkreditasiyası məsələsinə baxılmayıb”-MM-DƏN TƏKZİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir