Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəmil Həşimlinin Cənnətdəki ikinci doğum günü-BU GÜN ONUN 27 YAŞI TAMAM OLDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ailənin 3 və subay övladından biri, 5 medallı Cəmil Həşimlinin Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün axşam saatlarında Kürdəmir rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, məktəblillər tərəfindən şeirlər səsləndirilib

Etikxeber.az-ın xəbərinə görə, 1995-ci ilin avqust ayının 11-də dünyaya gələn, anası tərəfindən təkbaşına böyüdülən Cəmil Həşimlinin Cənnətdəki ikinci doğum günü ilə bağlı məzarı ziyarət olunduqdan sonra “Günəş” şadlıq sarayında məclis başlayıb, adına ehsan süfrəsi açılıb.

Məclisdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib və çıxışlarda Cəmil Həşimlinin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Eyni zamanda, ailəsinə, anası və qardaşlarına səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Məclisdə duyğulu, təsirli, kövrək anlar da yaşanıb…

Şəhidin anası Simuzər xanım növbəsində ziyarət və mərasim iştirakçılarına öz minnətdarlığını bildirib.

Həmçinin, övladları, Şəhidi ilə daim Fəxr etdiyini və Qürur diyduğunu dilə gətirib.

Şəhidin məzarını ziyarət və Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Kürdəmirdən, Ağcabədidən, Şirvandan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, məktəblilər, Kürdəmir ziyalıları, din xadimləri, Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərliyi və başqa şəxslər iştirak ediblər.

18:40

***

FOTOLAR:

MƏZARINI ZİYARƏT…VƏ YA ANA, ANALAR YANAR, AĞLAR…

KÜRDƏMİRLİ VƏ ŞİRVANLI ŞƏHİD ANALARI ŞƏHİDİN MÖVLUDUNDA İŞTİRAK ETMƏYƏ, DƏRDLİ VƏ QÜRURLU ŞƏHİD ANASINA DƏSTƏK, TƏSƏLLİ OLMAĞA GƏLİBLƏR…

20:30

***

ŞƏHİDİN CƏNNƏTDƏKİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…TƏSİRLİ, DUYĞULU, KÖVRƏK ANLAR…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 488 yeni yoluxma-ÖLÜM FAKTI QEYDƏ ALINMAYIB…

Read Next

Rusiya ordusunun daha bir silah anbarı məhv edildi-XERSONDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir