“Kürdəmir-Zərdab yolunun çəkilişi ilə bağlı yaranan narahatlığa aydınlıq gətirmək üçün…” – JALƏ ƏLİYEA KİMLƏRLƏ DANIŞDI?

Zərdab rayonunun Çallı, Məlikumudlu, Şahhüseynli, Əlvənd, Otmanoba, Təzəkənd və xüsusilə Ucarın Bərgüşad kəndinin su problemi və suvarma sistemləri ilə əlaqədar olaraq bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə danışdım.

Etikxeber.az xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən millət vəkili olan, professor Jalə Əliyeva deyib.

“Dəyərli həmyerlilər! Əziz Zərdablılar və Ucarlılar! Əvvəla sizlərin ilaxır çərşənbənizi, elimizin obamızın əziz bayramı olan Novruzumuzu təbrik edirəm. Hamınıza ilk növbədə can sağlığı, firavanlıq, ruzi bərəkət arzulayıram. Və iki məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Kürdəmir-Zərdab yolunun çəkilişi ilə bağlı yaranan narahatlığa aydınlıq gətirmək üçün bu gün “Azəravtoyol” səlahiyyətliləri ilə telefonla şifahi danışığım oldu. Birinci növbədə bunu demək istəyirəm ki, həmin yol ən qısa zamanda, yaxın aylar ərzində tam təmir edilib istifadəyə veriləcəkdir. Yolun hazırda astar işləri gedir. Çökmüş hissələr qazılıb çıxarılır və boşluqlar doldurularaq alt astar işləri aparılır. Daha sonra 2 qat üzlük asfalt vurulacaqdır. Ehtiyac yaranarsa tərəfimizdən yazılı müraciət ediləcəkdir. İkinci məsələ isə hər iki rayonun əkin sahələrinin suvarılmasında yaranan problemlə bağlıdır.

Zərdab rayonunun Çallı, Məlikumudlu, Şahhüseynli, Əlvənd, Otmanoba, Təzəkənd və xüsusilə Ucarın Bərgüşad kəndinin su problemi və suvarma sistemləri ilə əlaqədar olaraq bu gün Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ilə danışdım. Əhməd müəllim, problemin aradan qaldırılması üçün Mingəçevir gölünün içərisinə 5 kilometrlik kanal çəkildiyini bildirdi. Ümumilikdə bütün Aran zonasını əhatə edən bu problemin köklü həllinə nail olunması dövlətimizin və hökümətimizin diqqətindədir. Məlumunuzdur ki, məhz içməli su və əkin sahələrinin suvarılması ilə bağlı son günlərdə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən ard arda sərəncamlar verilir. Elə bu gün bir az bundan əvvəl Bərdə rayonuna Prezidentin sərəncamıyla vəsait ayrıldı. Cənab Prezidentimizə hər bir vətəndaşını hər zaman diqqətdə saxladığına görə dərindən təşəkkür edirik. Zərdab və Ucar rayonlarının da su probleminin qısa zamanda öz həllini tapacağına inamımız tamdır”-deyə, J. Əliyeva bildirib.

Etikxeber.az

Read Previous

6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Read Next

“Nə mənim, nə heç bir vətəndaşımızın ixtiyarı yoxdur ki…” – MİLLƏT VƏKİLİ ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir