Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan-ÜLVİ AZAYEVİN 20 YAŞI TAMAM OLDU, CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM DÜZƏNLƏNDİ – FOTO-VİDEO – YENİLƏNİB – (1)

Bu gün, 4 dekabr tarixi Kürdəmirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ülvi Maqsud oğlu Azayevin doğum günüdür.

Bu gün həm də Onun yubiley ad günüdür.

Onun 20 yaşı tamam olur və bu, Ülvi Azyevin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Ülvi Azayev 2001-ci ilin dekabr ayının 4-də Kürdəmirin Ərəbqubalı kəndində-sadə bir ailədə anadan olub.

İkinci Vətən Müharibəsi zamanı Əsgər kimi döyüşlərdə iştirak edib, Talış-Suqovuşan istiqamətlərində döyüşüb, vuruşub.

Və 2020-ci ilin oktyabrın 4-də Ağdərə istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi doğulub boya-başa çatdığı Ərəbqubalı kəndində torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif edilib.

O, həm də subay olub.

***

Bu gün Cənnətdəki doğum günü, mövludu ilə bağlı Şəhidin yaşadığı evdə mərasim keçiriləcək.

Mərasimdə Şəhidin ailə üzvləri, Kürdəmirdən olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Şəhidin ruhuna dualar oxunacaq, adına ehsan veriləcək.

Məkanı cənnətlik, məqamı Uca olsun, Şəhidimizin!

Cənnətdəki ikinci doğum günü, mövludu mübarək olsun!

Allah ailəsinə səbr versin!

00:00

***

Bu gün Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı ailəsinin yaşadığı evdə mərasim keçirilib.

Mərasimdə Şəhidin valideynləri, qardaşları, yaxınları, kənd sakinləri, Kürdəmirdən olan Şəhid ailələri, rayon rəhbərliyi və digər şəxslər iştirak ediblər.

Mərasim işitirakçıları Şəhidin ailəsinə bir daha başsağlığı verib, onlara bir daha Allahdan səbr diləyib, “Şəhidimizin Cənnətdəki ad günü, mövludu mübarək, ruhu şad olsun!”-deyiblər.

Şəhidin ailə üzvləri də öz növbəsində mərasim iştirakçılarına onları belə bir gündə tək buraxmadıqları üçün öz minnətdarlıqlarını bildiriblər.

Mərasimdə Şəhidin adına ehsan süfrəsi açılıb.

Mərasim 3 saatdan çox çəkib.

15:00

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

ŞƏHİDİMİZİN VALİDEYNLƏRİ, QARDAŞLARI, YAXINLARI…

ŞƏHİD ANALARI…ŞƏHİD ATALARI…QƏHRƏMAN ANALAR…QƏHRƏMAN ATALAR…ÜLVİ AZAYEVİN VALİDEYNLƏRİ VƏ ƏRƏBQUBALININ DİGƏR ŞƏHİDİ KAMİL ŞİRİNOVUN VALİDEYNLƏRİ-ANASI ƏMİNƏ XANIM VƏ ATASI ALTAY KİŞİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 1406 yeni yoluxma-DAHA 18 ÖLÜM…

Read Next

Şəhid Nurlan Quliyevin 26 yaşı tamam oldu-MƏZARI ZİYARƏT OLUNDU, İZDİHAMLI MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir