Kvirikaşvili yenə baş nazir vəzifəsinə namizəd oldu

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsinə dair  sərəncam imzalayıb.

Etikxeber.az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, Gürcüstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq,  baş nazir vəzifəsinə parlament seçkilərində ən yüksək nəticə göstərən “Gürcü arzusu – Demokratik Gürcüstan” siyasi birliyinin namizədi  Georgi Kvirikaşvili irəli sürülür.

G.Kvirikaşvili 1967-ci ildə anadan olub. 1999-2004-cü illərdə parlamentin deputatı olub. 2006-2011-ci illərdə Bidzina İvanaşvilinin təsis etdiyi “Kartu bank”ın baş direktoru olub. 2012-ci ildə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri, 2013-cü ildə – baş nazirin müavini, 2015-ci ildə xarici işlər naziri vəzifələrində çalışıb, həmin ilin dekabrında isə baş nazir postuna təyin edilib.

Etikxeber.az

Read Previous

MM-lə Avroparlament arasında əməkdaşlığın perspektivləri müzakirə olunacaq

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir