Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Məzahir Pənahova şikayət yazdım. Sabah MSK-ya təqdim edəcəyəm.
Etikxeber.az xəbər verir ki, bunu 117 saylı Dairədən deputatlığa namizəd Ləman Ələşrəfqızı deyib.
Şikayət olduğu kimi, təqdim edirik:
“HÖRMƏTLİ MƏZAHİR MÜƏLLİM!
09.02.2020-Cİ ildə Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə baş verən qanun pozuntuları il bağlı Sizə 19.02.2020-ci il tarixdə müraciət etmişəm. Müraciəti MSK-da məndən qəbul edən şəxs C. İbadov olub. O sadəcə şikayət ərizəsini və müşahidəçilərin aktlarını qəbul edib. Halbuki, mənim əlimdə 20 ədəd nümunə protokolu və seçici sayı ilə bağlı müşahidəçilərin apardığı qeydlər də vardı. Bu qeydlər işin obyektiv araşdırılması üçün mühüm rol oynayır. Çünki, seçkilərin qalibi elan edilən Aqiyə Naxçıvanlının xeyrinə hesablanan səslər müşahidəçilərin qeydə aldığı seçici sayından dəfələrlə çoxdur. Məsələn, ikicə faktı xatırladım: Oğuzun 10 saylı məntəqəsində 984 seçicidən cəmi 192 nəfər seçkidə iştirak etsə də, qutudan 578 nəfər çıxıb. Və yaxud, 33 saylı məntəqədə 551 seçicidən səsverməyə 216 nəfər gəlib. Amma qutudan bu dəfə də 358 bülleten çıxıb. Belə faktları 61 məntəqənin hər biri üzrə sadalaya bilərəm, amma bu işi MSK-nın və yaxud sonrakı mərhələdə məhkəmənin ixtiyarına buraxıb daha bir fakta diqqət çəkirəm.
Hörmətli Məzahir müəllim!
117 saylı Oğuz-Qəbələ seçki dairəsində seçicilərin seçki günü şəxsiyyət vəsiqələrini təqdim edib imzaladığı vərəqləri imzaları saymaq üçün tələb etsəm də bunu verməkdəm imtina etdilər. Məlum məsələdir ki, bütün məntəqələr üzrə topa bülletenlər atılması faktı mövcuddur və bu səbəbdən də müşahidəçilərin müəyyən etdiyi say ilə protokollarda yazılan rəqəmlər arasında ciddi fərq ortaya çıxır. Çünki topa bülletenlər atıldıqdan sonra məntəqə sədrləri seçicilərin adının qarşısına həqiqətə uyğun olmayan şəxsiyyət vəsiqələrinin seriyası və nömrəsini qeyd edirlər. Əgər həqiqətən də seçkidə topa bülleten atılmayıbsa və rəqəmlər süni şəkildə şişirdilməyibsə, o zaman dairə üzrə qeyd etdiyim sənədlər təqdim edilməklə mənim də iştirakımla səslər yenidən sayılmalı və yoxlanılmalıdır. Ona görə də
1. Seçki Məcəlləsinin 106-cı maddəsini rəhbər tutaraq bülletenlərin təkrar sayılmasının təmin edilməsini,
2. Seçicilərin imzaladıqları vərəqələrin yoxlanılmasını, orada qeyd olunan şəxsiyyət vəsiqələrinin seriya və nömrələrinin Daxili İşlər Nazirliyinin pasport qeydiyyat bazası ilə yoxlanılmasını
3. Veb kameralar quraşdırılan məntəqələrdə kameraların yaddaşlarının üzə çıxarılmasını təmin etməyinizi xahiş edirəm.
Xatırladım ki, veb kameralardan biri Oğuzun 32 saylı məntəqəsində quraşdırılıb və bu məntəqədə qutuya topa bülleten atılmasını hətta vətəndaşlar belə evlərində online seyr ediblər. Həmin məntəqədəki qanun pozuntusunun əlimizdə olan kadrlarını sizə təqdim etmişik”.
Etikxeber.az