Lənkəranda yaralı vəziyyətdə tapılmış qartal Hirkan Milli Parkına təhvil verildi

Lənkəranda yerli sakinlər yolun kənarında hərəkətsiz halda qartal aşkarlayıblar.

Etikxeber.az  xəbər verir ki, yaralı olduğu müəyyən olunan qartal Hirkan Milli Parkına təhvil verilib.

Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğunu və yarasının ağır olduğunu, bu növ qartalların cənub bölgəsinin təbiəti üçün xarakterik olmadığını bildiriblər.

Hirkan Milli Parkında yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilərən qartala lazımi tibbi yardım göstərilib.

Etikxeber.az

Read Previous

Əsgərovun avtomobili ilə bağlı 22 MMX protokol qeydə alınıb

Read Next

Xəzərdən hasil edilən təbii qazın 2019-2020-ci illərdən Avropaya nəql olunmasını istəyirik – Maroş Şevçoviç

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir