Lənkəranın İkinci Vətən Müharibəsi Şəhidlərindən-ƏMRAH CƏFƏRLİNİN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR – ŞƏHİDİN 25 YAŞI TAMAM OLUR…

Bu gün Lənkəran rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Cəfərli Əmrah Yusif oğlunun ad günüdür.

Əmrah Cəfərlinin bu gün 25 yaşı tamam olur və bu, onun Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Əmrah Cəfərli 1997-ci ilin yanvar ayının 22-də Lənkəranın Şirinsu qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

O, İkinci Vətən Müharibəsinin iştirakçılarından olub.

Döyüş yolu 19 gün çəkib.

Oktyabr ayının 15-də Xocavənd istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 16 oktyabr tarixində Şirinsu qəsəbə qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ötən ilin oktyabrın 16-da, Şəhidliyinin bir ilinin tamamında isə Şirinsu qəsəbəsində adını daşyan “Şəhid bulağı”nın açılışı olub.

Əmrah həm də subay olub.

***

Cənnətdəki ikinci ad günü, yubiley doğum günü, mövludu ilə bağlı bu gün Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçiriləcək.

Saat 16:00-da başlayacaq mərasimdə Şəhidin ailə üzvləri, yaxınları ilə bərabər Lənkərandan olan digər Şəhid ailələri də iştirak edəcəklər.

Mərasimdə Şəhidin ruhuna dualar ediləcək, keçdiyi qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunacaq, adına ehsan veriləcək.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci ad günü, 25 yaşı mübarək olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şəhid və şəhid ailəsi statusu veriləndən 5 iş günü müddətində məlumat “Zəfər” altsisteminə daxil olunmalıdır-DƏYİŞİKLİK

Read Next

Koronavirusa yoluxanların sayı-350 MİLYONA YAXINLAŞIR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir