Lənkəran-Lerik yolunda da nəqliyyatın hərəkətində problem yarandı

Ötən gün axşam saatlarında Lənkəran-Lerik yolu bir neçə saatlıq bağlanıb. 

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, buna səbəb hava şərait ilə bağlı irigövdəli ağacların qırılaraq yola düşməsi olub.

Hadisə Lənkəran-Lerik yolunun 28-ci kilometrliyində qeydə alınıb.

Yolda nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədi ilə  gecə saatlarında Lerik Yol İstismar İdarəsinin ağır texnika və işçi heyəti cəlb edilib, iri ağaclar hissələrə bölünərək yoldan yığışdırılıb.

Hazırda sözügedən yol açıq olsa da, buz bağlaması səbəbindən sürücülər üçün təhlükəli olaraq qalır. Lerik Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev APA-ya bildirib ki, 40-cı km-dən başlayaraq 56-cı km-ə qədər yol buz bağlayıb. Şaxtalı hava şəraitində yolun buz qatını qum və duzla əritmək mümkün deyil. Ona görə də qış hazırlığı olmayan avtomobillərin həmin yoldan keçmələri olduqca təhlükəlidir.

Etikxeber.az

Read Previous

Binə-Mərdəkan və Binə-Buzovna yolunda sürət həddi 60 km/saata endirildi

Read Next

Avtomobil yollarında müşahidə olunan vəziyyət açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir