Lənkəranda 6 partlamamış tank əleyhinə mina aşkarlandı

ANAMA Tərtər, Füzuli və Ağdamda 109 PHS və 3 mina aşkar edib

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 16-da Lənkəran şəhərində dəniz sahilində bir təhlükəli əraziyə baxış keçiriblər. Baxış zamanı 6 partlamamış tank əleyhinə mina (5 ədəd TM-62P və 1 ədəd TM-62M) aşkar edilərək götürülüb. Gün ərzində 500 kvadratmetr ərazi yoxlanılıb.

ANAMA-nın mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, ümumilikdə agentlik tərəfindən aprelin 7-dən sentyabrın 16-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3479 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.

Etikxeber.az

Read Previous

18 sentyabr – Milli Musiqi Günü təntənəli şəkildə qeyd ediləcək

Read Next

“Bakı Metropoliteni” QSC Milli Musiqi Günü münasibətilə proqram təşkil edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir