Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Lənkəranda yerli sakinlər yolun kənarında hərəkətsiz halda qartal aşkarlayıblar.
Etikxeber.az xəbər verir ki, yaralı olduğu müəyyən olunan qartal Hirkan Milli Parkına təhvil verilib.
Parkın mütəxəssisləri quşun güllə ilə vurulduğunu və yarasının ağır olduğunu, bu növ qartalların cənub bölgəsinin təbiəti üçün xarakterik olmadığını bildiriblər.
Hirkan Milli Parkında yaralı quş və heyvanlar üçün nəzərdə tutulmuş guşəyə yerləşdirilərən qartala lazımi tibbi yardım göstərilib.
Etikxeber.az