“Laboraory of Art” incəsənət platformasının “İncə Söhbət”i…

Əsas hədəflərini insan kapitalı və şəbəkələşmə üzərinə cəmləyən “Laboratory of Art” incəsənət platformasının ilk məhsulu olan “İncə Söhbət” adlı, canlı yayım tipli sosial verilişi müxtəlif sahələrin peşəkarlarıyla müsahibələr təşkil etməklə, o sahələrlə maraqlanan, məşğul olmaq istəyən gənclərə yardımçı olmaq məqsədi daşıyır.

Etikxeber.az-a daxil olan məlumata görə, “Laboratort of Art” bu verilişi yaratmaqla bütün sərhədlərə meydan oxuyaraq, tək incəsənət yox, digər sahələrin peşəkarlarının vasitəsilə gənclərə işıq tutmaq niyyətini ortaya qoyur.

Paralel olaraq layihə daxili, canlı yayın vasitəsilə Rusiyadan birbaşa videolar vasitəsilə onlayn master klasslar təşkil edilir. Letterinq (sözlərin unikal yazılma üsulu) mütəxəssisi Elvira Əliyeva bu sənətin incəliklərini izləyicilərə öyrədir.Türkiyənin İstanbul şəhərindən isə tanınmış psixoloq Aynur Həsənova izləyicilərə motivasiya, özünə inam, depressiya və s. psixoloji mövzularda öz tövsiyyələrini verir.

Layihənin rəhbəri, yazıçı Fərid Nəsibzadənin sözlərinə görə “Laboratory of Art” yalnız faydalı kontentlərə üstünlük verir.

“Mən və komandam hər bir kontentə diqqətlə yanaşır, ən faydalı kontentləri seçim edərək izləyicilərlə paylaşır. Əsas aksentimiz incəsənət üzərində olsa da, gənclərə faydalı ola biləcək hər mövzuya diqqət ayırırıq. Mühüm olan ətrafımıza faydalı olaraq, cəmiyyətimizə tövhələr verə bilməkdir.” -deyə, F. Nəsibzadə vurğulayıb.

Etikxeber.az

Read Previous

Azərbaycan-İran və Azərbaycan-Gürcüstan sərhədinin mayın 4-dək bağlı saxlanılmasına-QƏRAR VERİLDİ…

Read Next

Səbinə Əliyevanın ilk hesabatı: Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilməsi, pensiyaların hesablanması qaydasına dəyişiklik edilməsi-TƏKLİF OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir