“Laboratory of Art” brendi altında yeni-yeni kitablarımız olacağına səmimi qəlbdən inanırıq”-FƏRİD NƏSİBZADƏ – FOTOLAR

”Bookzone” kitab evində, “Laboratory of Art” incəsənət platforması həvəskar yazarların hekayələr toplusu olan “Qələmimizdən qəlbinizə” adlı kitabın ll tirajını, eləcə də”Misraların əsrarı” adlı həvəskar şairlərin seçilmiş şeirlərindən ibarət kitabını təqdim edib.

Etikxeber.az xəbər verir ki, kitabda 15 müəllifdən müxtəlif üslubda şeirlər cəmlənib.

Yuxarıda qeyd olunan layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir.

“Bu gün biz verdiyimiz vədlərin arxasında olduğumuzu bir daha həm müəlliflərimizə, həm də oxucularımıza, yanımızda olan dostlarımıza bir daha sübut etdik. İstər həkayələr kitabımızın ll tirajı, istərsə də “Misraların əsrarı” adlı şeir kitabımız bu gün oxucularıyla qovuşur. Biz mütləq şəkildə “Brendbuk” layihəmizi davam edəcəyik. “Laboratory of Art” brendi altında yeni-yeni kitablarımız olacağına səmimi qəlbdən inanırıq”-deyə, F. Nəsibzadə bildirib.

Qeyd edək ki, layihənin çap tərəfdaşı “Bookzone Group”-dur.

Etikxeber.az

Read Previous

Məktəbli qızlara liderlik təlimləri keçiləcək-BAKIDA

Read Next

Şəhid övladından Dövlət Bayrağına hörmətsizlik-PROKURORLUQ ARAŞDIRMAYA BAŞLADI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir