“Laboratory of Art” incəsənət platforması “Qələmimizdən qəlbinizə”ni-TƏQDİM ETDİ – FOTOLAR

26 iyun 2022-ci il tarixində ”Bookzone” kitab evində, “Laboratory of Art”  incəsənət platforması özünün ilk brendbuk tərzli, həvəskar yazarların seçilmiş hekayələrindən ibarət “Qələmimizdən qəlbinizə”  adlı kitabını təqdim edib. 

Etikxeber.az xəbər verir ki, kitabda 8 müəllifdən müxtəlif janrda hekayələr cəmlənib.

Qeyd olunan layihənin ideya müəllifi ölkəmizin müasir ədəbiyyatında ilk qorxu janrının yazarı Fərid Nəsibzadədir.

“Komandamızla bu dəfə fərqli layihə hazırlamışıq. 7 aydan çox davam edən bu layihəni ortaya çıxarmaqda məqsəd, ədəbiyyatımıza tövhə vermək, yeni qələm sahiblərini oxucularla tanış etməkdir. Məsələnin, ən maraqlı tərəfi isə layihəmizdə iştirak edən yazarlar ilk dəfədir kitabda çap olunurlar. Düşündük ki, istedadların işlərini rəsmiləşdirək. Hazırda şairlərimiz üçün də “Laboratory of Art” brendi altında yeni kitab layihəsini başlatmışıq və ilk fürsətdə də onu təqdim edəcəyik”-deyə, F. Nəsibzadə bildirib.

Qeyd edək ki, layihənin çap tərəfdaşı “Bookzone Group”-dur.

Etikxeber.az

Read Previous

Polis minaya düşdü-FÜZULİDƏ

Read Next

“Heç vaxt olmayan, Ermənistan sərhədinə gedən bir çox yollar salınır ki, biz mövqelərə daha rahat gələ bilək…”-İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına-SƏFƏR ETDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir