“Laboratory of Art komandası”ndan Qurban bayramı ilə bağlı-NƏCİB AKSİYA – FOTOLAR

Kömək edən əllər Laboratory of Art komandası “Kömək edən əllər” aksiyası çərçivəsində, Qurban Bayramı münasibətilə bu dəfə şəhid ailələrinə ərzaq yardımı edib.

Etikxeber.az-ın xəbərinə görə, belə ki, Ramazan Bayramı ərəfəsində yaradılan “Kömək edən əllər” aksiyası elə ilk yardımını adıçəkilən bayram çərçivəsində edib.

“Laboratory of Art” sosial platformasının rəhbəri Fərid Nəsibzadənin sözlərinə görə, bu aksiya İdarə Heyətinin və üzvlərinin də dəstəyi ilə müxtəlif milli bayramlarımızda cəmiyyətimizin yardıma ehtiyac olan təbəqələrini əhatə etməyi nəzərdə tutur.

“Bu sayca artıq ikinci aksiyadır. Ümid edirik ki, gələcəkdə də daha geniş çevrə vasitəsilə kömək edən əllərimizi yardıma ehtiyacı olan ailələrə uzadacayıq. Bu dəfəki, şəhid ailələri haqqında informasiyaya görə “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinə təşəkkürümü bildirirəm” -deyə, F. Nəsibzadə qeyd edib.

Etikxeber.az

Read Previous

“Belarusun Ukrayna kimi əldən çıxa biləcəyini müşahidə edən Kreml Lukaşenkoya qarşı düyməyə basdı…”-POLİTOLOQ

Read Next

“Mehriban Əliyevanın tarixi müraciəti dünyaya ciddi mesajdır və mütləq nəticə çıxarılmalıdır”-JALƏ ƏLİYEVA YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir