Latviya və Gürcüstanın xarici işlər nazirləri Azərbaycan rəsmi səfərə gəlir

Sabah Latviya və Gürcüstanın xarici işlər nazirləri Azərbaycan rəsmi səfər gələcək.
Etikxeber.azxəbər verir ki, fevralın 12-də Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs  ikigünlük Azərbaycana rəsmi səfərə gələcək. Səfər çərçivəsində Edqars Rinkeviçsin 13 fevralda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasında  ikitərəfli  və regional əlaqələrin inkişaf perspektivləri, beynəlxalq  təşkilatlarda birgə əməkdaşlığı koordinasiya olunması, eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsına yaranmış durum müzakirə olunacaq. Səfər çərçivəsində latviyalı nazirin Azərbaycanda bir sıra rəsmilərlə görüşü nəzərdə tutulur.
Fevralın 12-də həmçinin Gürcüstanın xarici işlər naziri Mixeil Canelidzenın Azərbaycana üçgünlük rəsmi səfərə gələcək.
Səfər çərçivəsində gürcü nazir  azərbaycanlı həmkarı Elmar Məmmədyarov, Milli Məcliisn sədri Oqtay əsədov, Baş nazir Artur Rəsizadə və dövlət başçısı İlham Əliyevlə görüşü nəzərdə tutulur. Bu görüşülərdə Gürcüstanla Azərbaycan arasında əlaqələrin daha da dərinləşdirilməsi, birgə regional layihələrin həyata keçirilməsinin icra vəziyyəti, regional əməkdaşlıq və beynəlxalq təşkilatlarda  birgə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Görüşlərdə eyni zamanda Cənubi Qafqazdakı mövcud   münaqişələrin  sülh yolu ilə tənzimlənməsi məsələsinə toxunulacaq.
Etikxeber.az

Read Previous

Azərbaycanla İspaniya qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri qurub – XİN

Read Next

Dəm qazı daha bir can aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir