Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada tərəfləri toqquşmadan ayırmağa qadir deyil.
Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə TASS agentliyi xəbər yayıb.
Xəbərə görə, bu sözləri BMT Baş Assambleyasında çıxışında deyən Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, təəssüf ki, tərəflərin geri çəkilməsinin təmin etməyə hazır olduqlarını bildirən koalisiya öhdəsinə götürdüyü vəzifələri həyata keçirməyə qadir deyil.
“Bu olmadan atəşkəs rejiminin mənası itir”- deyə, S.Lavrov bildirib.
Onun sözlərinə görə, Suriya hökuməti atəşkəs üzrə öhdəliklərini yerinə yetirib: “Müxalifət isə barmağın da tərpətməyib”.
Etikxeber.az