“Lavrov nədən öz müttəfiqlərini belə asanlıqla “baqaja” qoyur?”-SABİQ DEPUTATDAN LAVROVA SUALLAR VƏ İTTİHAMLAR

2740268 11/18/2015 Russian Foreign Affairs Minister Sergei Lavrov at a news conference on the results of his Moscow meeting with Minister of Foreign Affairs and Emigrants of Lebanon Gebran Bassil. Iliya Pitalev/Sputnik

Bugünlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov (onun erməni əsilli olduğunu, anasının ikinci həyat yoldaşının soyadını daşıdığını bilməmiş deyilsiniz) Rusiyanın məşhur “Trud”qəzetinə verdiyi müsahibədə ermənilərin Tovuzla sərhəddə törətdiyi təxribatdan danışıb.

Rusiyanın baş diplomatı bildirib ki,Ermənistan 12 iyulda artilleriyadan, minomyotların istifadə etməklə,15 km dərinliyə irəliləmək istəyirdi.

Nazir deyir:

“Burada coğrafi amil də bir növ tətikçi rolunu oynadı:erməni tərəfin Azərbaycanın ixrac boru kəmərlərinin 15 kilometrliyində yerləşən köhnə sərhədyanı nəzarət- buraxılış məntəqəsinin yenidən canlandırmaq barədə gərarı birilərinin narahatlığının artmasına, digərlərinin əsassız cavablarına səbəb oldu və sonunda ən gözlənilməz nəticələrlə qarşıdurma başladı”.

Biz Lavrovun Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı ikibaşlı danışığına adət etmişik.

Rusiyalı diplomat bu dəfə də göründüyü kimi, öz ənənəsinə sadiq qalmışdır.

O, bir tərəfdən ermənilərin Tovuzdakı hərbi qarşıdurmanın günahkarı olduğunu etiraf edir, digər tərəfdən isə güya ermənilərin bizim boru xətlərimizin 15 kilometrliyində hansısa buraxılış məntəqəsinin olduğunu bildirir.

Əvvəla, həmin bölgədən keçən kəmərlərimizdən 15 km məsafədə düşmənin postları ola bilməz, oralar bizim ərazilərimizdir.

Deməli, işğalçı dövlət kəmərlərə yaxın düşmək, onu təhdid etmək üçün yeni ərazilərimizi zəbt etmək niyyətində olub, buna bizim də şübhəmiz yoxdur. Lakin maraq doğuran odur ki, nəyə görə Rusiyanın yüksək yetkilisi bu barədə susur?

Çünki başqa dövlətin ərazisinə təcavüz etmək-hərbi cinayətdir.

Bəs, hansı səbəbdən XİN rəhbəri himayə etdikləri Ermənistanın Avropanın enerji təhlükəsizliyində əvəzsiz rol oynayan Azərbaycanın neft – qaz ixrac marşutlarına qarşı təhlükəli planlarının olduğundan söhbət açır?

Lavrov nədən öz müttəfiqlərini belə asanlıqla “baqaja” qoyur?

Şübhəsiz, burada hədəf Ermənistanı getdikcə Qərbə doğru çəkən, zaman-zaman Moskvaya diş göstərən Paşinyanı avropalıların gözündən salmaq, onun simasında Qərbə doğru uzanan neft – qaz kəmərlərinin qabağını kəsmək istəyən ağılsız bir siyasətçi obrazı yaratmaqdır.

Əslində, Paşinyanın dərin düşüncəyə malik olmayan,piyada bir siyasətçi olduğu hər kəsə bəllidir.

Ancaq onun sələflərinin də ondan heç fərqli olmadığını hamı bilir.

Bəlkə də bu olaylar Koçaryanın,yaxud Sarkisyanın zamanında baş versəydi, Lavrov onların addımlarını müdafiə etmək üçün dəridən-qabıqdan çıxardı.

Moskvanın bu hadisələrdə maraqlı olduğunu, Azərbaycanı və regionu gərginlikdə saxlamaq istədiyini bütün dünya bilir.

Əgər belə deyilsə, sərhəddə qanlı döyüşlərin getdiyi bir vaxtda və ondan sonra Rusiyanın təcavüzkara tələm-tələsik 400 ton silah-sursat, hərbi ləvazimatlar göndərməsini nə ilə izah etmək olar?

Minsk qrupunun rusiyalı həmsədri Lavrov bunu niyə dilinə gətirmir???

Mayis SƏFƏRLİ,

Sabiq deputat

Etikxeber.az

Read Previous

“Yumşalmalara gedəndə bəlli artmalar gözləniləndir…Hər bir vətəndaş qaydalara əməl etməlidir…”-“TƏBİB” RƏSMİSİ – YENİLƏNİB – (2)

Read Next

“Bunu pandemiyanını ikinci və milli dalğası da saya bilərsiniz…”-TANINMIŞ JURNALİST TOY(LAR)DAN YAZDI VƏ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir