Levandovski “Ən yaxşı futbolçu” seçildi…

Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski ölkə çempionatında mövsümün ilk yarısının ən yaxşı futbolçusu seçilib.

Etikxeber.az xəbər verir ki, “Kicker” nəşrinin keçirdiyi sorğuda 239 futbolçu iştirak edib.

Mövsümün ilk yarısınadək Bundesliqada 19 qol vuran 31 yaşlı polşalı hücumçu səslərin 47,7 faizini toplayıb.

“Leyptsiq”in hücumçusu Timo Verner (14,6 faiz) ikinci, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Jadon Sanço isə (6,7) üçüncü olub.

Qeyd edək ki, Levandovski “Bavariya”nın heyətində keçirdiyi 25 oyunda 30 dəfə fərqlənib.

Etikxeber.az

Read Previous

“Çalışacağam ki…” – KAMİLƏ ƏLİYEVANIN DA NAMİZƏDLİYİ RƏSMİLƏŞDİ – FOTOLAR

Read Next

Kərəm Həsənovun qardaşı və Aqiyə Naxçıvanlı da-DEPUTATLIĞA NAMİZƏDDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir