Levandovski Polşada rəqib tanımır

Polşa milli komandasının və “Bavariya” klubunun hücumçusu Robert Levandovski öz ölkəsinin ən yaxşı futbolçusu seçilib.

Etikxeber.az xəbər verir ki, 28 yaşlı forvard 69 xal yığaraq altıncı dəfə bu titula yiyələnib.

R.Levandovski “Bayern” (Münxen) klubunun heyətində cari mövsümdə keçirdiyi 24 matçda iyirmi dəfə fərqlənib, dörd dəfə isə məhsuldar ötürmə müəllifi olub.

Etikxeber.az

Read Previous

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 2,1 faiz bahalaşıb

Read Next

Yeni test gizli inkişaf edən eşitmə problemini üzə çıxaracaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir