Levandovski yeni rekord müəyyənləşdirdi…

Almaniyanın “Bavariya” futbol klubunun hücumçusu Robert Levandovski yeni rekord müəyyənləşdirib.

Etikxeber.az xəbər verir ki, 31 yaşlı polşalı hücumçu Münxen təmsilçisində oktyabr ayının ən yaxşı oyunçusu seçilib.

“Bavariya” klubunun rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, futbolçu 75,6 faiz səslə birinci olub. Polşalı hücumçu səsvermədə Serj Qnabri (10 faiz) və Manuel Noyeri ( 6 faiz) qabaqlayıb.

Bununla da, Levandovski ardıcıl üçüncü dəfə klubun ən yaxşı oyunçusu seçilərək yeni rekorda imza atıb. Bu uğura 31 yaşlı futbolçudan əvvəl heç kim nail olmayıb.

Qeyd edək ki, Levandovski oktyabrda Münxen klubunun heyətində keçirdiyi 6 oyunda 7 qol vurub.

Etikxeber.az

Read Previous

“Yüksək vətəndaş fəallığı olmadan…” – KAMİLƏ ƏLİYEVA

Read Next

Dini liderlərin II Bakı Sammitinin iştirakçılarının şərəfinə ziyafət verildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir