Leyla Əliyeva Münxen Təhlükəsizlik Konfransının açılış sessiyasında – FOTO

Fevralın 17-də 53-cü Münxen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.

Etikxeber.az AZƏRTAC istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Münxen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə təxminən 500-dən çox nümayəndə – dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparırlar.

53-cü Münxen Təhlükəsizlik Konfransı fevralın 19-dək davam edəcək.

Etikxeber.az

Read Previous

“Azərbaycan beynəlxalq görüşlərinin keçirilməsi üçün ən təhlükəsiz məkandır” – DEPUTAT

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir