“Leyli və Məcnun” “Gənc Tamaşaçılar”-ın səhnəsində -FOTO

Dekabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə dramatik janrda hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Etikxeber.az xəbər verir ki, 89-cu teatr mövsümünün yeni səhnə əsəri olan “Leyli və Məcnun” Əməkdar Artist Nicat Kazımovun quruluşunda təqdim olunub.

Tamaşada əsas obrazları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazimov, aktyorlar Rövşən Abbasov, Elnur Kərimov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva və başqaları ifa edirlər.

Yeni səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Etikxeber.az

Read Previous

Bu, böyük qəhrəmanlıqdır – PREZİDENT

Read Next

Prezident: Biz heç vaxt bu vəziyyətlə barışmayacağıq – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir