“Leyli və Məcnun” yeni versiyada amerikalılara təqdim olundu- FOTO

Yanvarın 6-7-də ABŞ-da Hopkins İncəsənət Mərkəzində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni versiyada böyük uğurla təqdim olunub.

Etikxeber.az xəbər verir ki, operadakı əsas ifaları iştirakçılara Azərbaycanın Xalq Artisti Alim Qasımov və sənətkarın qızı, Əməkdar Artist Fərqanə Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. İfalarda dövrümüzün ən məşhur violençel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.

“Leyli və Məcnun” layihəsində britaniyalı rəssam Hovard Hockin də iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.

Etikxeber.az

Read Previous

Qızıl 8 dollaradək ucuzlaşdı

Read Next

Rusiya səfirinin qətli ilə bağlı beş nəfər həbs edildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir